Pol Corc

Pol Corc
Mövqeyi qısa hücumçu[d]
Boyu 203 sm
Çəkisi 100 kq
Vətəndaşlığı
Doğum tarixi 2 may 1990(1990-05-02) (34 yaş)
Doğum yeri
Oyunçu seçimi İndiana Peysers
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır.

Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi.

İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.

2017-ci il 6 iyulda İndiana Peysers komandasından Domantos SabonisViktor Oladipo qarşılığında Oklahoma-Siti Tander komandasına keçir.

2019-cu il 10 iyulda Oklahoma-Siti Tander komandasından Qilces-Aleksander ŞeyDanilo Qallinari qarşılığında Los-Anceles Klippers komandasına keçir.


Developed by StudentB